“Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC və “Təmiz Şəhər” ASC 5 parkın rezidentləri üçün “Yaşıl dəhliz” sistemi tətbiq etməyi planlaşdırır. Bu barədə bu gün jurnalistlərə SKSP-nin direktoru Nazim Talıbov məlumat verib.
"Bu gün SKSP, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Yaşıl dəhliz xidməti” QSC və “Təmiz Şəhər” ASC arasında Azərbaycanda yaradılmış 5 parkın rezidentləri üçün “Yaşıl dəhliz” sisteminin tətbiqi haqqında dördtərəfli memorandum imzalanıb. Bu layihə sənaye parklarının rezidentləri tərəfindən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi zamanı malların gömrük rəsmiləşdirilməsi prosedurunun əhəmiyyətli dərəcədə sadələşdirilməsinə yönəlib”, - deyə o bildirib.
Direktorun sözlərinə görə, sözügedən sistemin tətbiqi ilə rezidentlər tərəfindən idxal olunan məhsul gömrük terminalına deyil, birbaşa rezidentlərin anbarlarına daxil olacaq. Bu, iş adamlarına vaxta və müəyyən maliyyə vəsaitinə qənaət etməyə imkan verəcək. Bu zaman gömrük orqanları ilə rezidentlər arasında münasibətlər etimad prinsipi üzərində qurulacaq.
"Yüklər gömrük yoxlamasından keçmədən sahibkarlıq subyektlərinin anbarlarına daxil olacaq. İdxal olunan məhsulun yalnız 10%-i yoxlanılacaq. Sahibkarlıq subyekti başa düşməlidir ki, yük onun anbarına bəyannaməyə uyğun olaraq daxil olmalıdır ",- deyə N.Talıbov qeyd edib.
O deyib ki, ilkin qiymətləndirmələrə görə, SKSP-də idxal-ixrac əməliyyatları üzrə yük dövriyyəsi ildə 1,8 mln. ton həcmində proqnozlaşdırılır, digər parkları nəzərə almaqla bu göstərici ildə 2 mln. ton həcmində qiymətləndirilir.
"Bu proqnozları nəzərə alaraq gömrük prosedurlarının sadələşdirilməsi və “Yaşıl dəhliz” sisteminin tətbiqinə zərurət yarandı. Sənaye parklarında bu xidmətin tətbiq olunacağı konkret tarixlə bağlı söz demək hələ çətindir, bunun üçün müəyyən prosedurlar tələb olunur. Düşünürəm ki, bu, çox çəkməyəcək", - deyə əlavə edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət