Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin birinci yarısında fiziki şəxslərin milli valyutada kreditləri üzrə orta faiz dərəcələrinin artdığını qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2018-ci il iyunun 30-na milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2017-ci ilin yekunları üzrə 13,2%-ə qarşı 13,69% təşkil edib.
İyunun sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 9,39% təşkil edib, 2017-ci ilin sonuna bu göstərici 9,7%-ə bərabər olub.
Bununla yanaşı, 2018-ci il iyulun əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 8,76% (2017-ci ilin sonuna 8,91%), xarici valyutada 6,88% (6,84%) təşkil edib.
Birinci yarımilliyin sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 16,9% (16,31%), xarici valyutada 15,7% (16,47%) təşkil edib.
AMB-nin məlumatına görə, hesabat dövründə xarici və milli valyutada cəlb edilən depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin azalması müşahidə olunub.
Xüsusilə iyun ayının sonuna milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,86% (2017-ci ilin sonuna - 10,72%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 2,52% (3%) təşkil edib.
İyunun sonuna hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 5,19% (5,82%), xarici valyutada 1,3% (1,41%) təşkil edib.
İyun ayının sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 10,51% (11,59%), xarici valyutada 3,04% (3,66%) təşkil edib.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət