Azərbaycan hökuməti ölkəyə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə yeni gömrük rüsumlarını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə müvafiq dəyişikliklərlə bağlı qərar bu gün baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.
Dəyişikliklərə əsasən,Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:
Yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 30 manat (hazırda 20 manat), digər avtonəqliyyat vasitələri üçün 25 manat (hazırda 15 manat).
Bundan başqa, stasionar GPS qurğusu olmayan nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS qurğuları) quraşdırılaraq, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə (hər 24 saat üçün) nəzərdə tutulan məbləğ 5 manatdan 10 manata qaldırılır.
“Gömrük yığımlarının məbləğləri”nin 2-ci (Malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının məbləği) maddəsində edilən dəyişiklikliyə əsasən, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Azərbaycan ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunanmalların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları məbləği belə olacaq:
Gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat, gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat, gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat, gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat, gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat, gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat, gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat.
Dəyişikliklər Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin razılaşdırılmış təklifi əsasında qəbul edilib.
Yeni rüsumlar qərarın dərc olunduğu andan etibarən 30 gün ərzində (sentyabrın 5-dən – İF-Az) qüvvəyə minəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət