Rusiyanın Likino avtobus zavodu (LiAZ, “QAZ Qrupu”na daxildir) Azərbaycana avtobus tədarükünə başlamağa ümid edir. Bunu “QAZ Qrupu”nun korporativ satışların inkişafı üzrə direktoru Nikolay Odintsov deyib.
«11-13 iyun tarixlərində Bakıda nəqliyyat sərgisi keçirilib və biz onun yekunları üzrə Azərbaycana avtobus tədarükünə dair bir neçə müqavilə imzalamağa ümid edirik», - deyə o, mosreg.ru portalına müsahibəsində bildirib.
Direktorun sözlərinə görə, LiAZ hər il 2,5 min ədədə yaxın avtobus istehsal edir. Zavodun məhsullarının 10%-ə qədəri MDB ölkələrinə, ilk növbədə isə Qazaxıstana ixrac edilir.
«Keçən il biz Almatıya 300 ədədə qədər avtobusun tədarükü ilə bağlı keçirilən tenderin qalibi olduq. Bu il də MDB ölkələri ilə əməkdaşlığı davam etdirəcəyik. Bundan başqa, Şərqi Avropaya tədarüklə bağlı müəyyən planlarımız var, biz Avro-6 səviyyəli avtobusların sertifikatlaşdırılmasını həyata keçirmişik», -deyə N.Odintsov qeyd edib.
Prezident İlham Əliyev avqustun 8-də avtobus parkının yenilənməsi və 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə dövlət büdcəsindən Bakı Nəqliyyat Agentliyinə 47 mln. 924 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət