Abşeron Logistika Mərkəzi vasitəsilə ildə 11 milyon ton yük daşınacaq və Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı üçün nəzərdə tutulub. Bunu mərkəzin direktoru Ziya Ağayev deyib.
Prezident İlham Əliyev avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib.
“Tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir”, - deyə prezidentin saytında Z.Ağayevə istinadən məlumat verilir.
Mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb.
Müəssisə ilk mərhələdə 28 hektar ərazidə dəmir yolu və avtomobil yollarının qarşılıqlı əlaqəsini təmin edərək logistika xidməti göstərməyə başlayacaq. İkinci mərhələdə isə 35 hektar ərazi üçün layihə hazırlanıb. Bu mərhələnin yekunlaşmasından sonra Logistika Mərkəzi həm Azərbaycanın, həm də Qafqazın coğrafı logistik inkişafına, həmçinin ölkəmizin iqtisadi tərəqqisinə böyük töhfə verəcək.
Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərəcək. Mərkəzdə yük maşınları üçün 200 yerlik park yaradılıb, dəmir yolu körpüsü və avtomobil yolları inşa edilib. Burada üçmərtəbəli gömrük, inzibati və müştəri xidmətləri binası, həmçinin giriş-çıxışa nəzarət, texniki, ictimai obyekt binaları inşa edilib.
Mərkəzdə 6-sı qatar qəbulu, 2-si konteyner, 2-si açıq yük və 2-si anbar sahələrinə boşaltma və yükləmə xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti var. Müəssisədə illik yükaşırma qabiliyyəti 3,5 milyon ton olan terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması da icra olunacaq.
Direktorun sözlərinə görə, bu mühüm infrastruktur obyektinin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi var. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu mərkəz vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarını, eləcə də Azərbaycan ərazisindən multimodal yük daşımalarını daha çevik yerinə yetirməyə imkan yaranacaq.
Bundan başqa, mərkəzin ərazisi ticarət, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir. Bu müəssisənin “Meyvəli” MMC-yə, Bakı Baş Gömrük İdarəsinə, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə, həmçinin digər biznes strukturlarına yaxınlıqda yaradılması onun iqtisadi əhəmiyyətini daha da artırır.
Təxmini hesablamalara görə, gün ərzində 750-800 yük maşını şəhər mərkəzində yerləşən stansiyalardan boşalan yükləri şəhərdaxili anbar və tikinti materialları bazarlarına daşıyır. Bu yüklərin şəhərdəki məntəqələrə, inşaat materialları mağazalarına və bazalarına çatdırılması paytaxtda nəqliyyatın hərəkətində sıxlıq və digər problemlər yaradır.
“Logistika Mərkəzinin yaradılması bu problemi həll etməklə yanaşı, həm də Bakının ekoloji durumunu daha da sağlamlaşdıracaq. Belə ki, Bakıətrafı dəmir yolu stansiyalarından Abşeron Logistika Mərkəzinə yönəldiləcək yüklərin həcminin 0,8 milyon ton olacağı ehtimal edilir. Beləliklə də Bakıya gələn 2 milyon ton yük şəhərdən kənarda yerləşən Abşeron Logistika Mərkəzinə yönəldiləcək”, - deyə Z.Ağayev qeyd edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət