Neftinbahalaşması və qaz ixracının artması 2018-2019-cu illərdə Azərbaycanda ÜDM-in artım templərini sürətləndirəcək. Bunu “Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi qeyd edir.
Bazar ertəsi “Moody`s” Azərbaycana həsr olunan illik kredit təhlilini dərc edib ("Government of Azerbaijan - Ba2 stable").
“2018-ci ilin yanvar-may aylarında Azərbaycanda ÜDM-in artımı 2017-ci ildə 0,1%-dən sonra 1,6%-dək sürətlənib. Gözləntilərimizə əsasən, 2018-ci ildə iqtisadi artım 2%, 2019-cu ildə 3% təşkil edəcək. Neftinbahalaşması və qaz ixracının artması buna zəmin yaradacaq”, - təhlildə qeyd olunur.
“Moody`s”in analitikləri hesab edirlər ki, 2018-2019-cu ilin göstəriciləri Azərbaycan hökumətinə 2014-2016-cı illərdə dünya bazarlarında “neftin ucuzlaşması nəticəsində itirilən bəzi maliyyə buferlərini” bərpa etməyə imkan yaradacaq.
Agentliyin qiymətləndirmələrinə görə, Azərbaycanın kredit profili (Ba2 sabit) nisbətən yüksək ümumi dövlət borcunun və zəmanətlərinin həcmini, həmçinin kövrək bank sektorunu əks etdirir.“Bu xüsusiyyəltər 2014-2016-cı illərdə neftin və manatın məzənnəsinin kəskin ucuzlaşmasının nəticəsidir”, - agentlik qeyd edir.
Eyni zamanda, “Moody`s” həmçinin qeyd edib ki, ölkənin böyük maliyyə aktivləri kredit portfelinə əhəmiyyətli dəstək yaradır.
Bildirilir ki, iqtisadiyyatın şaxələndirilməsi üşün imkanlar məhduddur. Turizm, nəqliyyat və logistika sahələri istisna təşkil edir. Həmin sahələrdə agentlik inkişaf üşün mühüm potensial görür.
Qiymətləndirmələrə əsasən, əvvlki kimi, Azərbaycan iqtisadiyyatı karbohidrogen sektorunda kəskin dəyişikliklərə məruz qalır. “Iqtisadiyyatin təkrar istiqamətləndirilməsi və şaxələndirilməsi məhdud nailiyyət əldə edib”, - agentlik vurğulayıb.
Təhlildə qeyd olunur ki, maliyyə sektorunda tənzimləyici bank sektorunda prudensial siyasəti sərtləşdirib və gələcəkdə bank sektorunda sabitliyi təmin edəcək bir sıra tədbirlər həyata keçirib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət