Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari investisiya strategiyasından məmnundur və onu müvafiq orta və uzunmüddətli real gəlirlilik gözləntilərinə uyğun hesab edir. Bu barədə fondun bəyanatında deyilir.
“ARDNF-nin investisiya portfelində cari ilin ikinci rübünün sonuna təqribən 0,9% pay təşkil edən Türkiyə dövlət istiqrazları və təqribən 0,9% pay təşkil edən Rusiyadakı investisiyalar (VTB bankın səhmləri və Moskva şəhərində “Tverskaya 16” ünvanında yerləşən ofis-ticarət mərkəzi) cari bazar konyukturası nəzərə alınmaqla fondun hazırkı investisiya strategiyası və müvafiq orta və uzunmüddətli real gəlirlilik gözləntiləri ilə uyğunluq təşkil edir”, – deyə bəyanatda qeyd olunur.
Bununla yanaşı, ARDNF tərəfindən son zamanlar qeyd edilən ölkələrdə daha çox büruzə verən geosiyasi risklər də nəzərə alınmaqla bütün investisiya portfelinin cari vəziyyəti, bazar konyukturası və gözləntilər ciddi şəkildə təhlil olunur. “Zəruri olduqda çevik taktiki addımlarla ARDNF-nin investisiya portfelinə müvafiq dəyişikliklər edilir”, - deyə bəyanatda bildirilir.
Neft Fondu tərəfindən investisiya strategiyasının optimallaşdırılması, investisiya portfelinin diversifikasiyasının təmin edilməsi və uzunmüddətli gəlirliliyin yüksəldilməsi məqsədilə ARDNF-nin investisiya portfelinin əsasını təşkil edən aparıcı iqtisadiyyatlara malik ölkələrin (ABŞ, Avrozona və Birləşmiş Krallıq) valyutaları ilə yanaşı, digər ölkələrin valyutalarında ifadə olunan aktivlərə sərmayə qoyuluşları da həyata keçirilir. Bu istiqamətdə ARDNF-nin investisiya portfelində Çin yuanı, Koreya vonu, Avstraliya dolları, Rusiya rublu və Türkiyə lirəsi daxil olmaqla digər valyutalar da yer alır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət