Əmanətlərin Sığortalanması Fondunda (ADİF) banklardan hesabatlarının vahid formada qəbulu məqsədilə “Elektron Hesabat Sistemi” (EHS) yaradılıb. Bu barədə fondun məlumatında deyilir.
“Bu sistem Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarla fond arasında məlumat mübadiləsinin operativ aparılmasını, bankların rüblük hesabatlarına nəzarəti və təhlükəsiz idarə edilməsini, hesabatların emalı və analitik məlumatların hazırlanmasının sürətləndirilməsini təmin edir”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə inteqrasiyanın qurulması üzrə işlər davam etdirilir. Bu layihə ləğv prosesində olan bankların müştərilərinə kredit borclarının “Asan ödəniş” terminalları ilə nağd formada və www.asanpay.az» portalı vasitəsilə nağdsız qaydada ödənilməsinə imkan yaradacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət