15 avqust 2018-ci ildə bank VTB (Azərbaycan) İxracatçılar klubunun Azərbaycanın ticarət evlərinin fəaliyyətinə həsr olunmuş iclasında iştirak edib. Tədbir çərçivəsində bankın mütəxəssisləri iştirakçı şirkətlərlə görüş keçirərək bir sira əməkdaşlıq məsələlərini müzakirə edib.
Tərəflər ticarət evlərinin Azərbaycan sahibkarlarına təqdim etdiyi şərtlərin müzakirəsinə xüsusi diqqət yetirib. Bu şərtlər ixracatçı şirkətlərin rəqabətqabiliyyətliyini artırmağa yönəlib və sərmayə mühitini yaxşılaşdırmağa imkan verəcək. Bank VTB (Azərbaycan) beynəlxalq qrupun bir hissəsi olaraq ixracatçı müştərilərə Rusiya və VTB-nin fəaliyyət göstərdiyi digər ölkələrdəki ticarət şəbəkələrinə birbaşa çıxış imkanı verir.
«Bu növ tədbirlər müxtəlif şirkətlərlə biznes əlaqələrini qurmaq üçün çöx əhəmiyyətlidir. VTB (Azərbaycan) ixracatçılara geniş spektr xidmətlər üzrə sərfəli şərtlər təklif edə bilər. Yaxın vaxtlarda biz onlar üçün xüsusi “Beynəlxalq faktorinq” məhsulunu tətbiq edəcəyik ki, hesablaşma zəncirini azaltmağa kömək edəcək və təchizatçılara qısa müddətdə məhsul üzrə pul vəsaitini almağa imkan verəcək. Belə olan halda alıcı biznesin inkişafı üçün əhəmiyyətli olan ödəniş möhlətindən məhrum olmayacaq” – deyə, VTB (Azərbaycan)-ın iri biznes üzrə idarəedici direktoru Tuxman İmamaliyev bildirib.
Hazırda Azərbaycan, Latviya, Belarus, Ukrayna və Rusiyada ticarət evlərinə malikdir. Bundan başqa, bu ilin sonuna kimi Rusiya ərazisində daha bir ticarət evinin açılması gözlənilir.
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət