Almaniya Bundestaqının deputatı Albert Vaylerin adı Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyindənrəsmi Bakı tərəfindən “arzuolunmaz şəxslər” siyahısına salınıb. Bu barədə Almaniyanın “Bild” qəzeti məlumat verir.
Nəşr qeyd edir ki, buna A.Vaylerin 2014 və 2016-cı illərdə rəsmi Bakının icazəsi olmadan işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi səbəb olub.
Məlumata əsasən, A.Vayler Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə parlament qrupunun üzvüdür
“Bild” qəzeti dünən Almaniya XİN-in Azərbaycan səfirliyi ilə əlaqə qurduğunu və deputat A.Vayler üçün viza alınması iləbağlı məsələnin həllinə uğursuz cəhd göstərdiyini yazıb.
Nəşr bildirir ki, A.Vayler özü sevinclə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilərdən biri rolunda çıxış edərdi, çünki regionun taleyinə biganə deyil.
Azərbaycan XİN Albert Vaylerin adının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyindən “arzuolunmaz şəxslər” siyahısına salındığını təsdiq edib.
“O, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və qanunvericiliyə əsasən, adı “arzuolunmaz şəxslər” siyahısına salınıb. Azərbaycan qanunlarına, onun suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi mütləqdir. Azərbaycanın mövqeyi konstruktiv xarakter daşıyır. Amma təcrübə göstərir ki, həmin şəxslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və üzrxahlıq məqsədilə müraciət etdikləri təqdirdə onların adlarının "arzuolunmaz şəxslər" siyahısından çıxarılması məsələsinə baxıla bilər”, - Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.
Xəbər verildiyi kimi, 23-25 avqust tarixlərində Almaniya kansleri Angela Merkel Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Avqustun 25-də A.Merkel Azərbaycana səfər edəcək. Onun səfəri ikitərəfli əməkdaşlığın genişlənməsinə yönəlib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət