Avqustun 21-də ölkəmizin qastronomik həyatında əlamətdar hadisə - Azərbaycan aşpazlarının ilk konqresi keçirilib. Azərbaycan və müxtəlif ölkələrdən 200-dən çox aşpaz və qida istehsalı ilə məşğul olan mütəxəssisin qatıldığı konfrans Fərhad Aşurbəylinin sədrlik etdiyi “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunmuşdur.
Hesab.az və “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyi ilə birgə təşkil olunmuş“İlk addım” xeyriyyə layihəsi də tədbir iştirakçılarına təqdim olunub. Xeyriyyə məqsədilə təşkil olunan layihədə əsas məqsəd maddi imkanı zəif olan istedadlı gənclərə dəstək olmaqdır. Azərbaycanın dörd bir yanından seçilən 4 nəfər maddi imkanı zəif, lakin istedadlı gənclərə kulinariya sahəsində öz arzularını gerçəkləşdirmək üçün bir fürsət veriləcək. Gənclər Türkiyədə təşkil olunmuş aşpazlıq kurslarında 4 ay boyunca təhsil alacaq və aşpazlıq sənətini professional şəkildə öyrənəcəklər. 4 ay ərzində onların bütün xərcləri xeyriyyə aksiyasında yığılan maddi dəstək əsasında təmin olunacaq.
Hesab.az-ın nümayəndəsi olaraq İdarə Heyətinin üzvü, Marketinq və Məhsulların inkişafı departamentinin baş direktoru Tuğba Uçar tədbirdə layihə haqqında çıxış etmişdir: “Ümid edirik ki, başladığımız layihə sayəsində maddi imkanı zəif olan istedadlı gənclərə kömək etmək üçün gözlədiyimiz nəticələri əldə edərik. Biz həmişə Goldenpay şirkəti olaraq Azərbaycan gəncliyinin parlaq gələcəyinə əlimizdən gəldikcə yardım etməyə çalışmışıq. Bu layihəyədə insanları bu xeyriyyə aksiyasında maddi, mənəvi cəhətdən yanımızda olmağa dəvət edirəm”.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət