Almaniya Azərbaycan ilə iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Bunu Almaniya kansleri Angela Merkel deyib.
“Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır”, - A.Merkel Azərbaycan prezidenti İlham Əliyev ilə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə bildirib. Bu barədə dövlət başçısınıns aytında məlumat verilir.
Onun sözlərinə görə, Almaniya ilə Azərbaycanarasında çoxtərəfli münasibətlər var.
“Biz artıq beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq görüşlər çərçivəsində dəfələrlə görüşmüşük və mən hesab edirəm ki, bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək”, - kansler qeyd edib.
A.Merkel Bakı ilə insan hüquqları və humanitar vəziyyətə dair məsələlərin müzakirəsində Berlinin maraqlı olduğunu vurğulayıb.
“Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik”, - o əlavə edib.
Azərbaycan prezidenti İlham Əliyev öz növbəsində Almaniya-Azərbaycan əlaqələrininn gələcəkdə inkişafına ümidvar olduğunu bildirib. “Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Almaniya-Azərbaycan əlaqələribundan sonra da uğurla inkişaf edəcək”, - dövlət başçısı qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Almaniya kansleri ilə aralarında siyasi dialoq fəal şəkildə aparılır və A.Merkelin Bakıya səfərini “tarixi” adlandırıb.
“İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər - yəni, bütün bu məsələləri bu gün müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək”,- İ.Əliyev bəyan edib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət