Mürsəl Rüstəmov Caspian Energy Germany şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, Caspian Energy Germany Almaniya ərazisində Caspian European Club, Caspian American Club, Caspian Asian Club və Caspian Energy International Media Group-un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək.
Mürsal Rüstamov 2 iyul 1981-ci ildə anadan olmuşdur. 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2004-cü ildə magistratura pillələri üzra fərqlənmə ilə bitirib, hüquq sahəsində ali təhsil almışdır, 2008-ci ildə isə Azarbaycan Dövlat Iqtisad Universitetinin Maliyya va kredit fakültəsini bitirərək iqtisadiyyat üzrə ali təhsilə yiyələnib.
M.Rüstamov 2006-cı ilin iyul ayına kimi maliyyə va investisiyalar üzrə məsləhət xidmətləri göstərən "MP Consulting" şirkətində hüquqşünas vazifəsində çalışıb. Daha sonra "PAŞA Sığorta ASC-da sığorta hadisələri va hüquqi təminat üzrə mütəxəssis, koordinator va direktor vəzifələrində işləyib, 2009-cu ilin aprel ayindan həmin şirkatdə Daxili audit xidmətinin rəhbəri vəzifasində çalışıb. 2010-cu ilin dekabr ayından 2017-ci il fevral ayınadək "PAŞA Həyat Siğorta" ASC-nin idarə Heyətinin sədri vəzifəsində çalışıb. Hal-hazırda, "Pozitiv Konsaltinq" MMC-nin Direktoru və Rəhbəri, 26 fevral 2013-cü ildən isə ATİB İdarə Heyətinin sədr müavinidir. Mürsəl Rüstəmov evlidir və iki övladı var.
Mürsəl Rüstəmov ona göstərilən etimadı doğrultmaq, Azərbaycan və Almaniyanın özəl sektoru arasında ticari-iqtisadi əlaqələrin inkişafına kömək etmək üçün əlindən gələni edəcəyini vurğulayaraq, Klubun yuxarı rəhbərliyinə minnətdarlığını bildirib.
O, Caspian Energy Germany Xəzər-Qara dəniz regionu şirkətlərinin Almaniya bazarına, alman şirkətlərinin Xəzər-Qara dəniz regionuna çıxışı məqsədilə onları məlumatlandıracağını və kömək edəcəyini qeyd edib.
Sıralarında dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.
2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.
Yarandığı ilk gündən Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət