2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı Ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiqi nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyindən qeyd edilir.
Bu il avqustun 24-də prezidentİlham Əliyev “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” fərman imzalayıb.
OMXÇ-nin əsas məqsədi makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi, dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi və fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticəəsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şəraitin yaradılmasıdır.
“OMXÇ-nin tətbiqi üçün ilkin olaraq büdcə təşkilatlarında strateji planlaşdırma potensialının gücləndirilməsi mühüm şərtdir. Məhz buna görə də OMXÇ-nin tətbiq edilməsi 2020-2021-ci illərdə büdcənin tərtibi prosesi zamanı nəzərdə tutulur”, - məlumatda deyilir.
Qiymətləndirmələrə əsasaən, dövlət qurumları arasında daha çevik kommunikasiya və məlumat mübadiləsinə əsaslanan OMXÇ-nin tətbiqi makroiqtisadi koordinasiyanı daha da gücləndirəcək və dövlət vəsaitlərinin daha səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət