Sentyabr ayında Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçıları BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş keçirəcəklər.
“Cari ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü baş tutacaq”, - XİN-in mətbuat katibi Hikmət Hacıyev cümə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, nazirlərin iyul ayında keçirilən görüşü tanışlıq xarakteri daşıyıb. “Növbəti görüş zamanı danışıqlar masasında mövcud gündəlik əsasında Qarabağ münaqişəsinin həllinin intensivləşməsi məsələsi müzakirə olunacaq”, - H.Hacıyev qeyd edib.
O vurğulayıb ki, münaqişənin həlli məqsədilə BMT TŞ-nin mövcud qətnamələrinin icrası zəruridir. “Dağlıq Qarabağa dair yeni qətmanələrin qəbuluna ehtiyac yoxdur. Məlum dörd qətnamədə zəruri tələblər əks olunub. Onları icra etmək lazımdır”, - H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, mövcud qətnamələr ATƏT-in Minsk qrupunun fəaliyyəti üçün zəmin yaradır. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət