Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlıq və terrorçuluğa qarşı rusiyalı həmkarlarla əməkdaşlığın faydalı olduğunu qeyd edir.
R.Usubov sentyabrın 5-də Rusiya Federasiyasının Azərbaycandakı yeni səfiri Mixail Boçarnikovu qəbul edib.Bu barədə DİN-dən məlumat verilir.
“Azərbaycan və Rusiya Federasiyası Daxili İşlər Nazirliklərinin əlaqəli fəaliyyətinin hər iki ölkədə cinayətkarlıqla mübarizəyə, ictimai təhlükəsizliyin təmininə müsbət təsir göstərdiyini deyən nazir son illər qarşılıqlı faydalı işbirliyinin müxtəlif istiqamətlərində, xüsusən transmilli mütəşəkkil cinayətkarlığın növlərinə, o cümlədən, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya, insan alverinə qarşı mübarizədə müsbət nəticələr qazanıldığını məmnunluqla xatırladıb”, - məlumatda deyilir.
Bundan başqa, yüksək ixtisaslı kadrların hazırlanması sahələsində uğur əldə olunub.
M.Boçarnikov öz növbəsində bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət