1988-1989-cu illərdə Ermənistandan deportasiya olunan azərbaycanlılara dəyən zərər $2,5 mlrd. həcmində qiymətlənmdirilir. Bu barədə "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyiqeyd edir.
“Ermənistandan deportasiya olunan azərbaycanlılara məxsus talanmış, qanunsuz olaraq ələ keçirilmiş əmlaklarının dəyəri təxminən 2,5 mlrd. ABŞ dolları təşkil edir”, - “İnterfaks-Azərbaycan” agentliyinə AYNHA-dan məlumat verilir.
Qeyd olunub ki, bu nəticə aparılmış araşdırmaların, elmi-tədqiqat işlərinin, mövcud arxiv sənədlərinin əsasında əldə olunub.
“Müəyyən edilib azərbaycanlıların deportasiyası dövründə soydaşlarımızın kolxozlarda olan illik əmək haqları ermənilərə qalmış, bir çoxları dövlət banklarında olan əmanətlərini götürə bilməmiş, məcbur olub öz geniş həyətyanı torpaqlarını, mülklərini və xüsusi evlərini tərk etmişlər.Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlak da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib”, - təşkilatdan bildirilir.
Vurğulanıb ki, “1988-1989-cu illərdə vahid mərkəzdən idarə olunan erməni quldur dəstələri və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlılar deportasiya edilib”.
“Azərbaycanlıların yurdlarından çıxıb getmələri üçün onların evlərinə basqın edərək əmlaklarını qanunsuz ələ keçirilib”, - Assosiasiyadan qeyd ediblər.
1988-ci ildən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının bərpasına nail olmaq, onlara yetirilən maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyini Ermənistan dövlətinin üzərinə qoymaq üçün hazırlanmış material və sənədlər İnsan Hüquqları üzrə Avropa məhkəməsinə göndəriləcək, ermənilərin deportasiya etdikləri qərbi azərbaycanlıların əmlaklarını qanunsuz ələ keçirmələri faktları Avropa və dünya ictimaiyyətinin nəzərinə çatdırılacaq.
Təşkilat bununla əlaqədar “1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” adlı layihənin icrasına başlayır.
AYNHA bunun üçün 1988-ci ildən Qərbi Azərbaycandan məcburən köçürülən soydaşlarımızın əllərində olan sənəd və sübutlarla təşkilata gəlmələri üçün müraciət edib.
Layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət