Energetika Nazirliyində ““Azərenerji” ASC-nin elektrik stansiyalarının optimallaşdırılması və bərpası Proqramı” hazırlanır. Bu barədə nazirlikdən məlumat verilir.
“Nazirlikdə “Azərenerji”nin, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Almaniyanın “ENERCO” şirkətinin nümayəndələri ilə birgə ““Azərenerji” ASC-nin elektrik stansiyalarının optimallaşdırılması və bərpası Proqramı”nın hazırlanması ilə bağlı ekspertlər səviyyəsində müzakirəsi keçirilib. İclasda nazirlik tərəfindən, “ENERCO” şirkətinin cəlb edilməsi ilə elektrik stansiyalarında cari ilin aprel-iyul aylarında aparılmış araşdırmalar əsasında hazırlanmış hesabat təhlil edilib”, - məlumatda deyilir.
Həmçinin tədbir iştirakçıları qeyd olunan Proqramın hazırlanması üzrə görülən işlər, elektrik enerjisinin istehsalı prosesi və optimallaşdırılma tədbirləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
“Xüsusilə, söhbət zamanı ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hallarının qarşısının alınması məqsədilə yeni generasiya güclərinin yaradılması, İstilik Elektrik Stansiyaları, o cümlədən modul tipli stansiyaların modernizasiyası, mövcud stansiyaların bərpası və gücünün artırılması, stansiyaların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və ölkənin enerji potensialından effektiv istifadənin zəruriliyi qeyd edilib”, - məlumatda vurğulanır.
Müzakirələrin yekunlarına dair elektrik stansiyalarında real orta illik və ehtiyat gücün artırılması, həmçinin stansiyaların istismarının effektivliyi və etibarlılığının yüksəldilməsi üçün ekspertlərin rəy və təkliflərinin Proqram üzrə yekun hesabatda nəzərə alınmasının vacibliyi diqqətə çatdırılıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət