2020-ci ilin yekunları üzrə Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ildə 7 mln. sərnişindən artıq olmalıdır. Bunu “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov deyib.
“Yeni reyslərin açılması nəzərə alınmaqla, 2020-ci ilin sonuna Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ildə 7 mln. sərnişindən artıq olmalıdır. Bu, bizim prioritet vəzifəmizdir və biz onu yerinə yetirməliyik”, - deyə o, AZAL-ın builin ilk 8 ayı üzrə fəaliyyətinin yekunları və payız-qış mövsümünə hazırlığına həsr olunmuş müşavirədə bildirib.
C.Əsgərovun sözlərinə görə, cari ilin 8 ayında Bakı hava limanı 3,08 mln.sərnişinə xidmət göstərib ki, bu da regiondakı bütün digər aeroportların göstəricilərini üstələyir. Müqayisə üçün: bu dövrdə Tbilisiaeroportu 2,565 mln. sərnişinə xidmət göstərib, Yerevan və Gümrü hava limanlarının ümumi sərnişin dövriyyəsi isə 1,873 mln. nəfər təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportu“Skytrax” şirkəti tərəfindən maksimal 5 ulduz statutusuna layiq görülərək və dünyanın bu statusa malik doqquzuncu hava limanı olaraq, bu il yüksək beynəlxalq səviyyədə tanınıb.
Müşavirədə qeyd olunub ki, sərnişin daşımaları sahəsində prioritet vəzifələrə Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə və digər iri şəhərlər kimi yeni istiqamətlərin açılışı daxildir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət