Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz aparatların uçuşlarının Vahid Nəzarət Mərkəzi yaradılır. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dan məlumat verilir.
Pilotsuz uçuş aparatların (dronlar) hava limanlarında tez-tez baş verən icazəsiz uçuş hadisələri ilə əlaqədar olaraq bütün dünyada bu strateji obyektlərin müvafiq müdafiəsi sisteminin yaradılması zərurəti yaranıb. Bu məqsədlə Quançjou şəhərindən “Abraham Technology Limited” Korporasiyasının direktoru Stanislav Koçkin və “Ehang Intelligent Equipment” şirkətinin vitse-prezidenti Kora Tanqın (Cora Tаng) rəhbərlik etdiyi innovasiya layihələri və texnologiyaları sahəsində yüksək texnologiya şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir”, - məlumatda deyilir.
AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə əməkdaşlıq perspektivləri və Azərbaycanda mülki aviasiya sahəsində çinli mütəxəssislərin təcrübəsinin tətbiqi məsələsi müzakirə olunub. “Görüşdə qeyd olunub ki, Azərbaycan böyük turizm potensialına malikdir. AZAL tərəfindən Bakıdan Quançjouya yeni sərnişin reysinin açılması təklif edildi. Çin aviadaşıyıcıların Azərbaycana cəlb olunması isə çinli turistlərin ölkəmizə daha böyük marağına və işgüzar əlaqələrin inkişafına kömək edəcək”, - məlumatda qeyd olunur.
Bundan başqa, görüşdə mülki sahələrdə, xüsusilə kommersiya daşımaları, kartoqrafiya, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi, mülki infrastrukturun monitorinqi və s. sahələrdə pilotsuz uçuş aparatları (dronlar) texnologiyaları və xidmətlərinin inkişaf etdirilməsində Çinin yüksək texnologiya şirkətlərinin iştirakı imkanları müzakirə olunub.
“Səfərin yekunları üzrə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi ilə “Abraham Technology Limited” və “Ehang Intelligent Equipment” şirkətləri arasında qarşılıqlı anlaşma memorandumları imzalanıb”, - məlumatda vurğulanır.
Planlaşdırılır ki, genişmiqyaslı innovasiya layihələrinə sərmaye yatırılması və kommersiyalaşdırılmasında ixtisaslaşan “Abraham Technology Limited” Korporasiyası intellektual aeronaviqasiya habı üçün yüksək texnologiyalı azad iqtisadi zonanın yaradılmasına və “intelektual aeronaviqasiya” sahəsində Azərbaycanın mövqeyinin irəlilədilməsinə cəlb olunacaq.
“Ehang Intelligent Equipment” şirkəti innovativ aviasiya avadanlıqlarının layihələşdirilməsi və istehsalı və sənayenin müxtəlif sahələrində tətbiq edilməsi üçün intellektual uçuş aparatlarının hazırlanmasında ixtisaslaşıb. İmzalanmış memorandumun əsas məqsədi Heydər Əliyev Beynəlxalq Aeroportunda müvafiq dövlət orqanlarında qeydiyyat və sertifikatlaşdırma keçdikdən sonra mülki pilotsuz uçuş aparatlarının uçuşlarının idarə edilməsinin Vahid Mərkəzinin yaradılması sahəsində əməkdaşlıqdan ibarətdir.
“Abraham Technology Limited”(www.abraham.tech) və “Guangzhou Ehang Intelligent Technology Co. Ltd”(www.ehang.com) şirkətlərinin nümayəndələri Azərbaycan tərəfinə aşağıdakı sahələrdə dəstək verməyə hazır olduqlarını bildirmişdirlər: “Command & Control Centre” (CCC) dronların fəaliyyətinə vahid komanda nəzarət və idarəetmə mərkəzinin yaradılması və dronların uçuşlar üçün bağlı zonalarda fəaliyyətinə yolverilməməsi vasitəsilə müvafiq dövlət orqanlarında qeydiyyatdan keçdikdən sonra pilotsuz uçuş aparatlarının uçuşlarına nəzarət üçün AZANS çərçivəsində infrastrukturun inkişafı; pilotsuz uçuş aparatlarının idarə olunması sahəsində təlimlərin təşkili; Azərbaycan bazarında tələbata uyğun olaraq mülki pilotsuz aparatların parkının yaradılması; Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz uçuş aparatlarının yığılması və onlara xidmət göstərilməsi, həmçinin bu sahədə bütün MDB ölkələri üçün təlim mərkəzi olacaq Azad İqtisadi Zonanın (AİZ) yaradılması və inkişafı.
“Tərəflər bu layihənin həyata keçirilməsi məqsədilə birgə planının hazırlanması və informasiya mübadiləsi üçün birgə işçi qrupu yaradacaq”, - məlumatda deyilir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət