Azərbaycan şirkətləri “Worldfood Moscow 2018” sərgisi çərçivısində məhsulların ixracına dair danışıqlar aparıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“Worldfood Moscow 2018” Sərgisində 35 Azərbaycan şirkəti "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunur.
“Azərbaycan iş adamları Rusiyalı və xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, potensial müştərilərlə məhsul ixracına dair müzakirələr aparıblar”, - məlumatda deyilir.
Xüsusilə, Azərbaycanın “Avrora” şirkəti Koreyanın “Woollim Food” şirkəti ilə makaron məhsullarının, Türkiyənin “Oğuz”, Polşanın “Krynica vitamin” və Rusiyanın “Patriot” şirkəti ilə energetik içkilərin, həmçinin Belarusun “Svitok” şirkəti ilə isə məhsullarının ixracına dair danışıqlar aparıb.
Bunmdan başqa, Rusiyada fəaliyyət göstərən “Grante” şirkəti Azərbaycanın “Can-Pa” şirkətinə Rusiyada distributorluğunun açılmasını təklif edib. Rusiyanın “Gimex”, “9 Bar Coffee”, “ТРАССА“ şirkətlər qrupu Azərbaycanın “Can-Pa” şirkətinin məhsullarının Rusiyanın supermarketlərdə satışına dair müzakirələr aparıblar.
“Rusiyanın “Sima-lend”, “Ekonomniy Torkoviy set” və “Avrasiya” ticarət şəbəkələri Göygöl Şərab Zavodunun məhsullarının Rusiyada satışına böyük maraq göstərirlər. Azərbaycanın ”Sirab” şirkəti Rusiyanın bir çox regionlarında fəaiyyət göstərən topdansatış məntəqələrində mineral sularının satışına dair danışıqlar aparıb”, - məlumatda qeyd olunur.
“Gilan” şirkəti öz məhsullarının müxtəlif ölkələrdən olan şirkətlərlə, “Balacans” şirkəti isə quru meyvə məshullarının Dubaya ixracına dair “Cocojomila” şirkəti ilə danışıqları davam etdirir.
Həmçinin sərgi çərçivəsində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin və Azərbaycan Şərab İstahsalçıları və İxracatçıları Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan şərablarının peşəkar dequstasiyası keçirilib. İştirakçıların Azərbaycan şərabları dadı və keyfiyyətini yüksək qiymətləndirblər. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət