Bank VTB (Azərbaycan) “Universal”, “Sərfəli” və “Sərbəst” depozitləri üzrə faiz dərəcələrini artırıb. Əmanətlər üzrə gəlirlilik 1,4 faiz bəndi artıb.
İndi vəsaitin əlavə edilməsinə imkan verən “Universal” əmanəti üzrə maksimal faiz dərəcəsi manatla illik 9%, dollarla 1,9% təşkil edir. “Sərfəli” depoziti üzrə faiz dərəcələri dollarla 2,3% , manatla 10,5%-dir. Hər iki məhsul üzrə əmanətin minimal məbləği 100 manat (və ya xarici valyuta ekvivalenti) təşkil edir.
“Sərbəst” əmanəti manat üçün 2,5%, dollar üçün 0,5% ilə vəsaiti yerləşdirməyə imkan verir. Əmanətin minimal məbləği - 50 manatdır (və ya xarici valyuta ekvivalenti). Əmanətə vəsaitin əlavə edilməsi və vaxtından əvvəl çıxarılma imkanının olması depozitin üstünlüyüdür.
Müştərinin istəyindən asılı olaraq faizlər bank kartı və ya cari hesaba köçürülə, aylıq və ya müddətin sonunda ödənilə bilər. Əmanət açıldıqda ödənilən faizlərin çıxarılması üçün müştəri pulsuz plastik kart, SMS-xəbərdarlıq xidməti əldə edir, eləcə də internet və mobil bank xidmətlərinə qoşulur.
Bundan başqa, VTB (Azərbaycan) əmanətçiləri kredit üzrə sərfəli şərtlərdən istifadə edə bilər – onlar üçün bank “Əmanət girovlu kredit” məhsulunu təklif edir. Onun faiz dərəcəsi əmanət faizi +3% bərabərdir, minimal məbləğ – 700 manat (xarici valyuta ekvivalenti) təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət