Ermənistan hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə maneələr törədir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Ermənistan davamlı şəkildə münaqişənin həlli prosesinə maneələr törədir, eyni zamanda nəticələrə yönələn danışıqlara aparmaqdan imtina edir, yerdə vəziyyəti gərginləşdirmək üçün davamlı müxtəlif təxribatlara əl atır və zəbt etdiyi ərazilərin işğalını möhkəmləndirməyə çalışır”, - E.Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Əlaqə Qrupunun 3-cü iclasında çıxışında bildirib.
Nazir vurğulayıb ki, Ermənistan 1948-ci il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə, xüsusilə Suriyadan olan qaçqınların və digər erməni əsilli insanların qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir.
E.Məmmədyarov qeyd edib ki, Ermənistanın yeni rəhərliyi öz sələflərinin yolunu davam etdirir. “Bu yaxınlarda Ermənistanın hərbi diktatorluğu devrildi və ölkənin rəhbərliyi dəyişildi. Yeni rəhbərlikdən ilkin gözləntilər bəyan edildiyi kimi onun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət demək olan demokratik dəyərlərə tam hörmət siyasəti üzərində qurulacağı idi. Təəssüf ki, yeni rəhərlik öz sələflərinin yolunu davam etdirmək qərarına gəldi və öz vəzifəsinə münaqişənin sülh yolu ilə həlli üzrə davam edən danışıqlara ciddi xələl yetirən təxribatçı bəyanatlar verməklə başladı”, - nazir bəyan edib.
O vurğulayıb ki, Ermənistanın yeni rəhərliyinin bəyanatları danışıqlar prosesinə ciddi xələl gətirə bilər. “Ermənistanda davamlı qeyri-sabit daxili siyasi inkişaf olduğu üçünvə bu ölkədə nələrin baş verdiyini kənardan anlamaq mümkün olmadığı üçün istisna edə bilmərik və etmirik ki, Ermənistanın yeni baş nazirin sonuncu bəyanatları və əməlləri yerdə vəziyyəti daha çox hərbi qarşıdurma ilə gərginləşdirməyə niyyətlənib. Bu mənfi senarinin bütün nəticələri tamamilə erməni tərəfinin üzərində olacaq”, - E.Məmmədyarov deyib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət