“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) cari ilin oktyabr ayında heyətinin hazırlığı məqsədilə üçün “L-3 Technologies” şirkəti ilə “Full Flight Simulator” trenajor komplekslərinin tədarükünə dair müqavilə imzalayacaq. Bu barədə QSC-dan məlumat verilir.
AZAL-ın prezidenti Cahangir Əsgərov çərşənbə axşamı “L-3 Technologies” şirkətinin bölməsi “Commercial Training Solutions”un prezidenti Robin Qlover-For (Robin Glover-Faure) ilə görüş keçirib.
“Tərəflər AZAL və “Buta Airways”in uçuş heyətinin hazırlığı məqsədilə “Boeing-737 MAX” və “Embraer 190” tipli təyyarələri üçün “Full Flight Simulator” trenajor komplekslərinin tədarükü məsələlərini müzakirə ediblər. Görüşün yekunlarına dair Niyyət məktubu imzalanıb. Müqavilənin imzalanması oktyabrın ortalarına planlaşdırılır. Yeni trenajorların 2020-ci ilin ortalarında fəaliyyətə başlayacağı gözlənilir”, - məlumatda qeyd olunur.
Danışıqlar zamanı həmçinin Milli Aviasiya Akademiyasında “L-3 Technologies” şirkəti ilə birgə pilotların hazırlığı üzrə yeni trenajor mərkəzinin inşası müzakirə olunub.
“L-3 Technologies” şirkəti pilotların, həmçinin mülki və hərbi hava gəmilərinə xidmət göstərən texniki heyətin trenajor hazırlığı üçün platformaların işlənib hazırlanması və yaradılması sahəsində dünya lideridir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət