ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şefer - ABŞ) 25-27 sentyabr tarixlərində BMT baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanla regionda mövcud vəziyyəti müzakirə ediblər.
"Həmsədrlər və nazirlər bölgədəki vəziyyəti müzakirə ediblər. Bu yaxınlarda narahatlıq doğuran bəzi bəyanat və insidentlərə aydınlıq gətirilib. Həmsədrlər davam etməkdə olan insan itkisi faktları ilə bağlı dərin təəssüf hisslərini ifadə ediblər”, - ATƏT-in Minsk qrupunun görüşün yekunlarına dair bəyanatında deyilir.
Qeyd olunur ki, həmsədrlər nazirlərə “gərginləşmənin təhlükələri barədə xəbərdarlıq edərək, tərəfləri konstruktiv müsbət ab-hava yaratmaq və vəziyyəti gərginləşdirən atmacalardan yayınmağa çağırıblar.”
“Həmsədrlər bununla yanaşı qeyd ediblər ki, hərtərəfli nizamlanma üçün güzəştlər tələb olunur”, - bəyanatda vurğulanır.
Nazirlər bu konteksdə danışıqlar prosesinin fəallaşdırılması üzrə tədbirlərin, həmçinin gərginlik səviyyəsinin azaldılması məqsədi ilə addımlar atılmasının mühüm olduğunu təsdiq ediblər.
“Nazirlər ilin sonunadək yenidən görüşmək barədə razılıq əldə ediblər”, - bəyanatda deyilir.
Həmsədrlər yaxın gələcəkdə bölgəyə səfər etməyi, ardınca isə ATƏT-in Misk qrupu və Daimi Şurasını danışıqların gedişatı barədə məlumatlandırmağı planlaşdırırlar.
Bəyanatda qeyd olunur ki, nazirlərlə görüşlər 25-27 sentyabr tarixlərində keçirilib. Görüşlərdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik iştirak edib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət