Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom korporativ müştərilərə SİP telefoniya xidmətini təqdim edir.
SİP telefoniya (Session Initiation Protocol Telephony) xidməti müştərilərə onların ofislərində keyfiyyətli rabitə xidməti əldə etməyə imkan yaradır və bir sıra üstünlüklərə malikdir.
Ənənəvi sabit xətt nömrələrindən fərqli olaraq, SİP nömrələrin sahibləri bu nömrələri heç bir əlavə xərc olmadan istədikləri ünvana daşıya bilərlər.
Həmçinin, rabitənin yüksək keyfiyyəti, nömrənin təyini, nömrənin başqa bir nömrəyə ünvanlanması və böyük şirkətlərdə çağrı mərkəzlərində çoxlu sayda zənglərin qəbul edilməsi, eləcə də daxili virtual PBX (Private Branch Exchange) rabitəsi xidmətinin göstərilməsi SİP telefoniya xidmətinin üstünlükləri sırasındadır.
AzerTelecom tərəfindən korporativ müştərilərə təqdim olunan və internet İP üzərindən həyata keçirilən SİP telefoniya xidməti imkan verir ki, müştərilər müasir, keyfiyyətli və dayanıqlı rabitədən yararlansınlar.
AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Qeyd edək ki, şirkət SİP telefoniya xidməti ilə yanaşı müştərilərə internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit xidməti, FTTx (hər hansı bir x nöqtəyə qədər fiber optik xətt), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP, DDOS hücumdan müdafiə kimi telekommunikasiya xidmətləri də təqdim edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət