2018-ci ilin əvvəlindən etibarən Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara 113 mln. manat məbləğində güzəştli kredit verilib. Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
«Bu il SİF-in xətti ilə sahibkarlara 113 mln. manat məbləğində güzəştli kredit verilib. Bütövlükdə, 2018-ci ildə fondun xətti ilə 170 mln. manat məbləğində kreditin verilməsi planlaşdırılır», - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazir müavininin sözlərinə göə, indiyədək sahibkarlara 4,9 mlrd. manat dəyərində layihələrin reallaşdırılması üçün 2,2 mlrd. manat məbləğində güzəştli kredit verilib. "Kreditlər 36 min layihənin həyata keçirilməsi üçün verilib", - deyə o əlavə edib.
S.Məmmədov vurğulayıb ki, indiyədək ayrılmış kreditlərin 75%-i bölgələrdə, 72%-i isə aqrar sektorda layihələrin həyata keçirilməsinə yönəldilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib.
Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət