Ölkə Prezidenti cənab İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin tibbi və dərman təminatı yaxşılaşdırılır. Bu sahədə beynəlxalq təşkilatlarla vərəmə qarşı effektiv mübarizə aparılaraq, müsbət nəticələrə nail olunub və artıq bir çox dövlətlər Azərbaycan təcrübəsindən faydalanırlar.
Bu məqsədlə Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin nəzdində fəaliyyət göstərən Təlim Mərkəzi tərəfindən xarici dövlətlərin nümayəndə heyətləri üçün mütəmadi beynəlxalq treninqlər və tanışlıq səfərləri təşkil edilir. 2014-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən ona "Həbsxanalarda vərəmə nəzarət və profilaktika üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi" beynəlxalq statusu verilib və onun vərəmlə mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılmasında və öyrənilməsində səmərəli fəaliyyəti nəzərə alınaraq cari ildə bu status növbəti dörd il müddətinə uzadılıb.
Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus bu ilin iyulunda Azərbaycana səfər edərək Beynəlxalq Təlim Mərkəzinin fəaliyyəti, müasir şəraiti, tədris otaqları, həmçinin video-konfrans vasitəsilə distant treninqin təşkili ilə tanış olub, respublikamızın vərəmlə mübarizədə müsbət nəticələrə nail olunmasında dövlətimizin güclü siyasi iradəsini, bu sahədə Azərbaycanın tətbiq etdiyi standartların ən yaxşı təcrübə təşkil etdiyini və bunun üçün müsbət təcrübəmizin dünyada daha geniş yayılmasının önəmini vurğulayıb.
Qeyd olunmalıdır ki, son illər 20 dövlətdən 230-dək nümayəndə Bakıya səfərlər edərək müsbət təcrübəmizdən bəhrələnib və müxtəlif mövzularda təlimlərdə iştirak ediblər. Artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılıb.
Ümumdünya Səhiyyə Təşkilatının Özbəkistan üzrə Ofisinin respublikamızın Ədliyyə Nazirliyinə müraciətinə əsasən bu ölkənin Daxili İşlər Nazirliyi Cəzaların İcrası Baş İdarəsinin, penitensiar müəssisələrinin, Səhiyyə Nazirliyinin vərəməleyhi tibb müəssisələrinin mütəxəssislərindən, eləcə də ÜST-ün Özbəkisan üzrə Ofisinin təmsilçisindən ibarət geniş nümayəndə heyəti bu günlərdə Azərbaycanda təcrübə səfərində olub.
Səfər zamanı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi və Beynəlxalq Təlim Mərkəzi tərəfindən nümayəndə heyəti üçün vərəmə nəzarət proqramı barədə geniş təqdimatlar keçirilib, həmçinin Azərbaycanın penitensiar müəssisələrində bu sahədə ölkəmizin təcrübəsi ilə tanışlıq imkanı yaradılıb.
Bakı istintaq təcridxanasına, 9 saylı cəzaçəkmə və ixtisaslaşmış müalicə müəssisələrinə başçəkmələr zamanı vərəmə nəzarət üzrə görülən işlər, o cümlədən məhbuslar arasında vərəmin aşkarlanması, innovativ texnologiyaların tətbiqi ilə laborator diaqnostika, infeksiyaya nəzarət tədbirlərinə riayət edilməklə mərkəzləşdirilmiş model əsasında müalicə üzrə bir sıra müəssisələrdə həyata teçirilən tədbirlər praktiki olaraq nümayiş etdirilib.
Həmçinin qonaqlara dərmanlara həssaslıq göstəricilərinə müvafiq olaraq müalicə rejimlərinin təyini, məhbusların saxlanma rejiminin gözlənilməsi şərti ilə infeksiyaya nəzarət tədbirlərinə riayət olunması, azadlığa buraxılan xəstələrin müalicəsinin sonadək izlənilməsi və onlara sosial dəstək kimi Azərbaycanın unikal təcrübəsi təqdim olunub.
Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti paytaxtın mədəni-tarixi abidələri ilə tanış olub, onlara son illər ərzində ölkəmizin davamlı inkişafı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri barədə dolğun məlumatlar verilib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət