Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş imzalanacaq.
«Hazırda Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, ölkələrimiz arasında energetika, infrastruktur, logistika, dəmir yolları, aqrar sənaye, neft-kimya və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparılır”, - deyə iqtisadiyyat naziri Şahin Mustafayev İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini ilə görüşdə bildirib.
Azərbaycan və İtaliyanın enerji sahəsində uğurla əməkdaşlıq etdiyini və bu sahədə birgə layihələr həyata keçirildiyini diqqətə çatdıran nazir ölkəmizin qeyri-neft sektoru sahəsində İtaliya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, infrastruktur, energetika, turizm, kənd təsərrüfatı, nəqliyyat, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.
O qeyd edib ki, Azərbaycanda 95 İtaliya şirkəti qeydiyyatdan keçib, bu şirkətlər dövlət əsaslı 41 podrat layihəsində iştirak edir. İtaliya Azərbaycanının əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir.
Səfir A.Massarini yüksək səviyyəli qarşılıqlı səfərlərin uğurlu olduğunu vurğulayıb, səfərlər zamanı digər sahələr kimi, qeyri-neft sektoru sahəsində də əməkdaşlığın inkişafına dair müzakirələrin aparıldığını qeyd edib. Səfir İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə layihələr reallaşdırmaqda maraqlı olduqlarını diqqətə çatdırıb.*
B.Rüstəmbəyov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət