Hər zaman sosial və xeyriyyə məqsədli tədbirlərdə yaxından iştirak etməyə çalışan Hesab.az, “Turizm və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin yaradıcısı və hər kəsin yaxşı tanıdığı aşpaz Fərhad Aşurbəyli ilə birgə əməkdaşlıq əsasında “İlk Addım” layihəsinə imza atmışdır.
Layihənin əsas məqsədi maddi imkanı zəif olan və uşaq evlərində böyümüş aşpazlıq sahəsində həvəsli, istedadlı gənclərə dəstək olmaqdır. Bunun üçün seçilən gənclər də həmçinin eyni həyat şəraitində böyümüş və gələcək həyatları üçün verilən şansı dəyərləndirmək arzusunda olan gənclərdir. Onlar yığılan maddi yardım əsasında İstanbulda təşkil olunan aşpazlıq məktəbində sənəti profesional şəkildə öyrənib vətənə qayıtdıqları zaman işlə təmin olunacaqlar.
Bəzən həyat hər kəsə ədalətli davranmır və uşaqlıqlarını yaşamadan böyüməyə vadar edir. Maddi cəhətdən çətinlik çəkən uşaqlar erkən yaşlarından oxumaqdan imtina edirlər və işləməyə məcbur qalırlar. Onlar ali təhsilə, arzu etikləri peşə sahəsinə çatmaq üçün çalışmalı zamanlarında görməli olduqları maddi, mənəvi dəstəyi görə bilmirlər. İştirakçılardan biri olan Emil uşaq evində böyümüş və daha sonra ordan ayrılaraq işləməyə başlamışdır. Emilin hələ də arzularının gerçəkləşməsinə və gələcəyə ümidi var. O inanır ki, xeyirxah insanlar hələ də var və onların edə biləcəyi hər kömək Emil kimi bütün gənclərə cəsarət, güc verəcək.
Bu səbəbdən onlara verilən şansı dəyənləndirə bilsinlər deyə bizlər onlara bu yolda əlimizdən gəldiyi qədər kömək etməliyik. Edilən bir kömək onları bir addım arzularına yaxınlaşdıracaq. Bəlkə onların çətin, köməyə ehtiyac duyduqları anlarda bundan xəbərsiz olmuşuq və edə biləcəyimiz nə varsa edə bilməmişik. Lakin indi bunun üçün bir fürsət yaranıb. Gəlin onlara Hesab.az – ın vasitəsilə “İlk addım”- larında dəstək olaq.
Qeyd edək ki, edilən bütün yardımlar komissiyasız olaraq həyata keçiriləcək.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət