Mənəvi Dəyərlərin Təbliği Fondu “Azərmaş” zavodunda istehsal edilən 22 ədəd “Khazar SD” markalı avtomobil alacaq.
www.tender.gov.az saytında yerləşdirilən materiallara əsasən, fond 22 avtomobilə görə 359,986 min manat ödəyəcək.
Artıq tərəflər arasında müvafiq müqavilə bağlanılıb.
2018-ci il martın sonunda “Azərmaş” zavodunun rəsmi açılışı olub. Zavodun təsisçiləri “İran Khodro” və “AzEuroCar” şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində yerləşir.
İlkin mərhələdə müəssisənin yaradılmasına sərmayə qoyuluşları $15 mln. təşkil edib.
Zavodda "Khazar SD", "Khazar LD", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunur və olunacaq. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur. İldə 2 min ədədə yaxın avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.
Xəbər verildiyi kimi, bu il ayda 160 ədəd avtomobil istehsal olunacaq. Onların 60 ədədi “Khazar LD”, 100 ədədi isə "Khazar SD” markalı olacaq. Bütövlükdə, 2018-ci ildə 1,5 min ədəd, 2019-cu ildə 3 min ədəd, 2020-ci ildə 5 min ədəd avtomobil istehsal olunacaq. Avtomobil zavodunun illik istehsal gücünün 10 min ədəd avtomobilə çatdırılması planlaşdırılır.
"Khazar SD" markalı avtomobilin qiyməti 16 min manat, "Khazar LD" markalı avtomobilin qiyməti isə 18 min manatdır.
Prezident İlham Əliyev 2017-ci il oktyabrın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında fərman imzalayıb. Fond Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.
Fondun əsas məqsədi mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyinin göstərilməsidir.
Fondun nizamnamə kapitalı 100 min manata bərabərdir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət