Azərbaycan Dünya İqtisadi Forumunun (DİF, World Economic Forum, WEF) hər il tərtib etdiyi 2018-ci il üzrə qlobal rəqabətqabiliyyətlilik reytinqində 140 ölkə arasında 69-cu yeri tutub.
2017-ci ildə isə ölkəmiz sözügedən reytinqdə 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdı.
"Qlobal rəqabətqabiliyyətlilik haqqında hesabat - 2018" yeni metodologiya əsasında hazırlanıb. Qlobal trendlər nəzərə alınmaqla hazırlanmış metodologiyada o qədər ciddi dəyişikliklər olub ki, DİF onu yeni nəsil "4.0" metodologiyası adlandırıb. Metodologiyaya 68 yeni indikator daxil edilib, 114 indikatordan 84-ü isə çıxarılıb.
2018-ci ildə reytinqdə birinci yeri ABŞ tutaraq 9 il ərzində reytinqin lideri olmuş İsveçrəni geridə qoyub. Liderlərin beşliyinə, həmçinin Sinqapur, Almaniya, İsveçrə və Yaponiya da daxil olub.
Azərbaycan "Biznesin dinamikliyi" (31-ci yer), "Əmək bazarı" (40-cı yer), "Məhsul bazarı" (37-ci yer), "İnfrastruktur" (46-cı yer), "Bacarıqlar" (54-cü yer), "İctimai institutlar" (58-ci yer), "Bazarın ölçüsü" (65-ci yer), "İKT-nin potensialı" (69-cu yer) kimi indekslər üzrə reytinqin üst yarısında qərarlaşıb.
Azərbaycan "Maliyyə bazarının inkişaf etməsi" (96-cı yer), "Sağlamlıq "(91-ci yer), "Makroiqtisadi mühit" (126-cı yer), "İnnovasiya potensialı" (71-ci yer) kimi indeksləri üzrə reytinqin alt yarısında yer alıb.
Bununla belə, 2017-ci ildəki reytinqlə müqayisədə Azərbaycan "İnfrastruktur", "İctimai institutlar", "İKT-nin potensialı", "Əmək bazarı" və "Biznesin dinamikliyi" indikatorları üzrə mövqeyini yaxşılaşdırıb.
Azərbaycanın "Makroiqtisadiyyat" indikatoru üzrə göstəricilərinin pisləşməsinə ötən il ölkədə qeydə alınmış yüksək inflyasiya təsir edib, "Maliyyə bazarının inkişaf etməsi" indikatoru üzrə göstərici isə gecikdirilmiş bank kreditləri ilə bağlı problemlərin qalması, kapitallaşmanın qənaətbəxş səviyyədə olmaması səbəbindən pisləşib.
Dünya ÜDM-də Azərbaycanın payı 0,14% təşkil edir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət