2025-ci ilədək Azərbaycanda elektrik enerjisinin illik istehlakı 25-28 mlrd. kVt-saata çatacaq. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“2025-ci il üçün elektrik enerjisinə tələbatın 25-28 mlrd. kVt-saata, pik gücə tələbatın isə 4500-4900 MVt-a qədər artacağı proqnozlaşdırılıb”, - P.Şahbazov rəsmi “Azərbaycan” qəzetində dərc olunan məqalədə qeyd edir.
Nazir vurğulayıb ki,qoyuluş gücü 409 MVt olan "Şimal-2” stansiyası və "Wartsila” şirkətindən alınmış, ümumi qoyuluş gücü 385 MVt təşkil edən bloklar 2019-2020-ci illər ərzində quraşdırılacaq.
Bununla yanaşı, mövcud elektrik stansiyalarında optimallaşdırma tədbirləri ilə imkan gücünün əlavə, təxminən 400 MVt-a qədər artırılacağı gözlənilir.
“Tələbatın qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpa olunan enerji mənbələri hesabına ödənilməsi planlaşdırılır”, - P.Şahbazov bildirib.
Nazir bəyan edib ki, cari ilin 9 ayında elektrik enerjisinin istehsalına 3 milyard 701,5 milyon kubmetr təbii qaz sərf edilib.
“Ümumilikdə, cari ilin 9 ayı ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 17 mlrd. kVt-s olub. İstilik elektrik stansiyalarında 15,5 mlrd. kVt-s, su elektrik stansiyalarında 1,4 mlrd. kVt-s elektrik enerjisi istehsal edilib”, - P.Şahbazov vurğulayıb.
O, həmçinin qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 kilovat-saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfi 18,6 qram azalıb. “Bu, 279,5 min ton şərti yanacağa qənaət etməkyə imkan yaradıb”, - nazir qeyd edib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət