2018-ci il oktyabrın 1-nə Azərbaycanda 127,221 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ilin əvvəlinə olan göstəricidən 7,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2018-ci ilin yanvar-sentyabr aylarında 6,085 min hüquqi şəxs qeydiyyatdan keçib, 335 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2018-ci il oktyabrın 1-nə respublikada 10,684 min kənd təsərrüfatı (artım 2,4%), 6,848 min təkrar emal (artım 6,1%), 12,487 min tikinti müəssisəsi (artım 5%) fəaliyyət göstərir.
Bundan başqa, cari ilin sentyabr ayının sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 33,4 min (artım 6,9%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,695 min (artım 4,9%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1,762 min (artım 4,3%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 5,476 min (artım 10,9%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 3,231 min (artım 7,6%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1,913 min hüquqi şəxs (artım 5,9%) qeydiyyata alınıb.
Oktyabrın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 115,025 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 90,4%-i) özəl müəssisələrin, 7,88 min hüquqi şəxs xarici, 2,392 min hüquqi şəxs birgə müəssisələrin, 10,49 min hüquqi şəxs (8,3%) dövlət müəssisələrinin, 1,706 min hüquqi şəxs (1,3%) bələdiyyələrin payına düşür.
Bundan başqa, bu dövrdə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 826,718 min fiziki şəxs qeydiyyatdan keçib. 2018-ci ilin əvvəli ilə müqayisədə onların sayı 4% artıb.
Kənd təsərrüfatı sahəsində 220,104 min, emal sənayesi sahəsində 17,604 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 202,467 min fiziki şəxs fəaliyyət göstərir.
Maliyyə və sığorta fəaliyyəti ilə 1,793 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 12,424 min, inzibati və yardımçı xidmətlər sahəsində 3,067 min, tikinti fəaliyyəti ilə 6,406 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 38,559 min, nəqliyyat və anbar təsərrüfatı ilə 88,772 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 11,214 min, digər xidmətlərlə 175,741 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 70,105 min hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 249,027 min fiziki şəxs fəaliyyət göstərir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət