“Belavia aviaşirkəti" ASC və “Azərbaycan Hava Yolları” QSC (AZAL)arasında oktyabrın 28-dən etibarən Minsk-Bakı hava xəttinin birgə istismarı (kod-şerinq) haqqında ikitərəfli saziş imzalanıb. Bu barədə AZAL-dan məlumat verilir.
Sazişə əsasən, “Belavia” Minsk-Bakı-Minsk reyslərini yerinə yetirən aviaşirkət qismində, AZAL isə marketinq tərəfdaşı qismində çıxış edəcək.Beləliklə, oktyabrın 28-dən etibarən bu marşrut üzrə reyslər Belarus hava şirkəti tərəfindən özünün В2 kodu və Azərbaycan aviadaşıyıcısının J2 kodu altında yerinə yetiriləcək.
Qış cədvəlinə keçməklə “Belavia” aviaşirkəti Bakıya uçuşların tezliyini həftədə 4 dəfəyə kimi artıracaq. Minskdən uçuşlar bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri yerli vaxtla saat 23:15-də, Bakıya eniş isə növbəti gün yerli vaxtla saat 03:35-də həyata keçiriləcək. Bakıdan uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri yerli vaxtla saat 04:35-də və Minskə eniş isə yerli vaxtla saat 07:10-da yerinə yetiriləcək.
“Belavia” bizim çoxdankı və etibarlı tərəfdaşımızdır. Bakı-Minsk marşrutu üzrə birbaşa reyslərə hər iki ölkənin vətəndaşları və turistləri tərəfindən hər zaman tələbat olmuşdur. Əminəm ki, AZAL və “Belavia”nın birgə kod-şerinq reysləri qarşılıqlı səmərəli və uzunmüddətli əməkdaşlıq üçün əsas olacaq", - məlumatda AZAL-ın nümayəndəsiCəmil Manizadənin sözlərindən sitat gətirilir.
Minsk-Bakı-Minsk reysinin birgə istimarı haqqında imzalanmış saziş tranzit bazasının genişləndirilməsi, aviaşirkətlərin öz məhsullarını təşviq etmək üçün marketinq imkanlarının artırılması sayəsində Minsk və Bakı aeroportlarından tranzit ilə səyahət edən hər iki aviaşirkətin sərnişinləri üçün cəlbediciliyi xeyli artıracaq. Hər iki aviaşirkət iki ölkənin paytaxtlarının hava limanlarından istifadə edəcək tranzit sərnişinlərin əhəmiyyətli artımını planlaşdırır.
“Biz çoxdankı tərəfdaşımız AZAL-la əməkdaşlığın davam etdirilməsi və xeyli genişləndirilməsinə çox şadıq. İnanırıq ki, bu əməkdaşlıq hər iki aviaşirkətin xeyrinə olacaq. Bu saziş sayəsində hər iki aviaşirkətin sərnişinləri səyahət üçün daha çox variant və imkanlar qazanacaqlar, həmçinin daha rahat transfer imkanından istifadə edə və daha cəlbedici qiymətə aviabilet əldə edə biləcəklər. Əgər əvvəllər “Belavia” və AZAL öz sərnişinlərinə Minsk və Bakı arasında həftədə iki dəfə uçuş təklif etmək imkanına malik idisə, indi hər iki aviadaşıyıcı həftədə dörd dəfə uçmaq imkanını təmin edəcək. Bundan əlavə, AZAL və “Belavia”nın birgə reysi Belarus və Azərbaycan arasında davamlı əlaqələri möhkəmləndirəcək", - “Belavia"nınbaş direktoru Anatoli Qusarov bildirib.
Qeyd olunan kod-şerinq reysi üzrə aviabiletləri hər iki tərəfdaş aviaşirkətin saytlarında - Belavia.by və azal.az saytlarında əldə etmək mümkün olacaq. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət