BP şirkəti kiçik su elektrik stansiyalarının iş səmərəliliyini artırmaq üçün qiymətləndirmə aparılmasında Azərbaycan hökumətinə dəstəkl olacaq. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“Cümə günü Energetika Nazirliyi və BP arasında kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi ilə bağlı Niyyət Məktubu imzalanıb.Sənəd Energetika Nazirliyinin Azərbaycanda kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi məqsədinin dəstəklənməsini nəzərdə tutur”, - məlumatda deyilir.
Məktuba əsasən, Azərbaycanın kiçik dağ çaylarının hidroenerji potensialını gücləndirmək məqsədilə aparıcı məsləhətçi şirkət olan “SNC-Lavalin`s Atkins” tərəfindən bölgələrdə mövcud kiçik su elektrik stansiyalarının iş səmərəliliyini artırmaq üçün qiymətləndirmə aparılacaq. Mövcud stansiyaları nəzərdən keçirmək və yeni stansiyaların tikilməsi üçün mümkün sahələri qiymətləndirmək məqsədilə Atkins şirkətinin beynəlxalq ekspertlərinin əraziyə səfərləri təşkil olunacaq.
Nazirlik BP tərəfindən bu layihəyə dəstəyin hansı formada göstəriləcəyini dəqiqləşdirmir. Yalnız məlumat verilir ki, şirkətin indiyədək Azərbaycana sosial investisiyalarının həcmi $80 mln.-u ötüb.
"Niyyət Məktubun imzalanması BP ilə uzunmüddətli enerji əməkdaşlığımızın növbəti addımıdır. Ümid edirik ki, bu əməkdaşlıq neft-qaz sektorunda uğurlu təcrübənin bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də tətbiqinə imkan yaradacaq və ölkəninin enerji balansında bərpa olan enerji mənbələrinin payının artırılması hədəfinə çatmağa kömək edəcək”, - məlumatda energetika nazirinin müavini Samir Vəliyevin sözlərindən sitat gətirilir.
“Bu layihə bizim sosial sərmayələr üzrə gördüyümüz işlər çərçivəsində ölkənin potensialının inkişaf etdirilməsi təşəbbüslərinə dəstək olmaq barədə götürdüyümüz öhdəliyə uyğundur. Ümid edirik ki, bu əməkdaşlıq böyüyərək gələcəkdə daha güclü və geniş tərəfdaşlığa çevriləcək”, - BP-nin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət