Azərbaycan hökuməti 2019-cu ildə dövlət büdəcindən 2 mlrd. 334,8 mln. manatı ($1,4 mlrd.-a yaxın) dövlət borcunun xidmətinə ayırmağı planlaşdırır, bu da 2018-ci ilin göstəricindən 3,2% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi gələn il üçün büdcə materiallarına əsasən, 2019-cu ildə Azərbaycan xarici borcun xidmətinə 2 mlrd. 162,2 mln. manat (2018-ci illə müqayisədə artım 2,6 mln. manat), daxili borcun xidmətinə - 172,6 mln. manat (artım 69,4 mln. manat) yönəldəcək.
2019-cu ilə Azərbaycan hökuməti daxili borclar üzrə limiti 500 mln. manat (2018-ci illə müqayisədə azalma 28,6%), xarici borclar üzrə limiti 1 mlrd. manat (2018-ci illə müqayisədə azalma 53,5%) məbləğində nəzərdə tutub.
2019-ci il üçün kreditlər üzrə dövlət zəmanətilimiti4 mlrd. manat səviyyəsinə saxlanılıb.
Hökumətin məlumatına görə, 2018-ci ilin yanvar-avqust aylarında xarici borc üzrə alınmalar 114,3 mln. manat, daxil borc üzrə - 1,4 mlrd. manat təşkil edib. Bundan əlavə, dövlət zəmanətləriilə alınankreditlərin həcmi 1,5 mlrd. manat təşkil edib.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə Azərbaycanın dövlət borcu 17 mlrd. 7,4 mln. manat təşkil edir. Dövlət borcu strukturunda 15 mlrd. 978,1 mln. manat ($9 mlrd. 398,3 mln.) və ya 93,9%-i xarici borc, 1 mlrd. 29,3 mln. manat və ya 6,1%-i daxili borcun payına düşüb. Ümumilikdə, xarici borcun xüsusi çəkisi ÜDM-in 22,8%-ni, daxili borcun xüsusi çəkisi - ÜDM-in 1,5%-ni təşkil edir.
Hökumətin qiymətləndirmələrinə əsasən, dövlət borcu portfelinin həcmi 2018-ci ilin sonuna $10,4 mlrd.-a çatacaq. 2019-cu ildə dövlət borcu $10,9 mlrd. və ya ÜDM-in 24,7%-ə qədər artacaq. Lakin, artıq 2020-ci ildən dövlət borcunun həcmi azalmağa başlayacaq. Xüsusilə, 2020-ci ildə dövlət borcunun həcmi $10,7 mlrd.-a qədər (ÜDM-in 22,7%-i), 2023-cü ildə – $9 mlrd.-a qədər (ÜDM-in 17,6%-i), 2025-ci ildə – $7,7 mlrd.-a qədər (ÜDM-in 14,1%-i) azalacaq. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət