SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ildə bir sıra yataqlarda qazma işlərinin aparılması və təbii qazın “Azərenerji” ASC-yə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 604,5 mln. manatdan çox vəsait alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov məlumat verib.
"SOCAR “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında quyuların qazılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan 663,2 mln. manat məbləğində vəsaitin 442 mln. manatını artıq alıb", - deyə o bildirib.
Bundan başqa, şirkətə dövlət büdcəsindən ayrılan 300 mln. manat məbləğində subsidiyanın 162,5 mln. manatı da alınıb. «Bu vəsaitlər idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsinə yönəldilib.
Xəbər verildiyi kimi, Azərbaycan parlamenti yayda 2018-ci il dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklərə əsasən, SOCAR-a 963,2 mln. manat məbləğində vəsait ayrılacaq.
SOCAR tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə qazma işlərinin aparılması məqsədi ilə dövlət dəstəyi olaraq SOCAR-ın nizamnamə kapitalının artırılması üçün 663,2 mln. manat və idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün şirkətə 300 mln. manat ayrılacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət