Asiya İnkişaf Bankı enerji sektorunda yüksək texnologiyaların tətbiqinə dair layihələr üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq məlumat verib.
Çərşənbə günü V.Janq Bakıda energetika naziri Pərviz Şahbazovla enerji sahəsində əməkdaşlıq perspektivləri və bu sahənin inkişafında özəl sektorun iştirakının təminatı məsələlərini müzakirə edib.
“Asiya İnkişaf Bankı Azərbaycanla bir çox sahələrdə olduğu kimi enerji sektorunda da əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, xüsusilə yüksək texnologiyaların inkişafı və tətbiqini təşviq edən layihələr üzrə əməkdaşlıqda maraqlıdır”, - nazilrik V.Janqın sözlərindən sitat gətirir.
Görüşdə tərəflər “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi üzrə görüləcək işləri müzakirə ediblər. Qeyd olunub ki, Böyükşor gölündə hər biri 100 kVt-a qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistemin quraşdırılacaq.
“Yaxın zamanda seçilmiş beynəlxalq məsləhətçi şirkətlərin və layihənin əhatə etdiyi ölkələrin (Əfqanıstan və Qırğızıstan) maraqlı tərəflərinin iştirakı ilə yaxın vaxtlarda beynəlxalq seminarın keçirilməsi planlaşdırılır”, - məlumatda vurğulanır.
Həmçinin Şəbəkə Məcəlləsinin hazırlanmasına dair məsləhət xidmətlərinin göstərilməsi, enerji səmərəliliyi üzrə ikinci dərəcəli qanunvericilik aktlarının işlənməsi, nomativ texniki bazanın formalaşdırılması, eləcə də sənayedə və binalarda enerji səmərəliliyinə nail olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət