“Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi Avropa Aeronaviqasiya Təşkilatlarının Direktorları Komitəsinə üzv seçilib. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu qərar Brüsseldə Avropa ölkələrinin aeronaviqasiya qurumlarının rəhbərlərinin görüşündə qəbul olunub.
Sözügedən komitə İngiltərə, Almaniya, Belçika, Avstriya, İtaliya və digər iri Avropa ölkələrinin aeronaviqasiya qurumlarının baş direktorlarını bir araya gətirir. Komitə, həmçinin Avropa İttifaqı, “Eurocontrol”, “SESAR” HHT inkişaf proqramı, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA), İCAO və CANSO qarşısında Avropanın aeronaviqasiya qurumlarının mövqeyini müdafiə etmək, strategiyaların işlənib hazırlanması, qərarların qəbul edilməsi və tələblərin irəli sürülməsi üzrə rəhbər orqandır.
“Eurocontrol”un məruzəsinə əsasən, Avropa hava məkanında hava axınının əhəmiyyətli artımı gözlənilir. 2018-ci ildə 11 milyon illk uçuş ilə müqayisədə bu göstərici 2040-cı ilə 16,2 milyon təşkil edəcək. Belə böyük axınının tənzimlənməsi üçün Avropa təşkilatları hava məkanının buraxılış qabiliyyətinin artırılması üzrə harmonizasiya edilmiş tədbirlər planının işlənib hazırlanması, hava hərəkətinin idarə olunmasının avtomatlaşdırılması üzrə müasir texnologiyaların tətbiqi, HHİ dispetçerlərinin tələb olunan sayının təmin olunmasına başlanılmasını tövsiyə edirlər.
“Ölkənin strateji mövqeyi və aeronaviqasiya təminatının müasir səviyyəsi sayəsində, Azərbaycanın hava məkanının Avropa üçün önəmi daha da artır. Azərbaycan vasitəsilə hava axınlarının artımı 2018-ci ildə 9 faiz təşkil etmişdir, halbuki Avropada illik artım orta hesabla 4 faiz təşkil edir”, - deyə məlumatda bildirilir.
Bu, ölkə üçün təkcə iqtisadi mənfəət yox, həm də strateji mənfəətdir, belə ki, AZANS Avropa səması üzərində hava trafikinin təhlükəsizliyinin qarantı kimi çıxış edir.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət