30 sentyabr 2018-ci il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları $44 mlrd. 522,2 mln. və ya 2018-ci ilin yekunları üzrə ÜDM-in 92,3% səviyyəsində təşkil edir. Bu barədə Hesablama Palatasının məlumatında qeyd olunur.
Xəbər verildiyi kimi, 2017-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları $41 mlrd. 187,5 mln. təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta ehtiyatları 8,1% artıb.
“Sentyabrın sonuna Azərbaycanın valyuta ehtiyatları $44 mlrd. 522,2 mln. təşkil edib. Buna ARDNF-nin $38 mlrd. 987,7 mln. məbləğində aktivləri və AMB-nin $5 mlrd. 534,5 mln. məbləğində ehtiyatları daxildir. Ümumilikdə, ölkənin valyuta ehtiyatları ÜDM-in 92,3%-nə ekvivalentdir (2018-ci ilin yekunları üzrə nominal ÜDM-in $48,2 mlrd. səviyyəsində proqnozlaşdırılır - İF)”, - Hesablama Palatasının materiallarında bildirilir.
Azərbaycan 27 ay ərzində malların və xidmətlərin idxalının ödənişi üçün kifayət qədər strateji valyuta ehtiyatlarına malikdir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət