“Nobel Oil” və “Wood” şirkətləri Azərbaycanın neft-qaz bazarında mühəndis-layihələndirmə və əməliyyatlara dəstək xidmətləri göstərmək məqsədi ilə birgə müəssisə yaradır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
«Bu gün şirkətlər Azərbaycanın neft-qaz bazarında mühəndis-layihələndirmə və əməliyyatlara dəstək xidmətləri göstərmək məqsədi ilə birgə müəssisə yaradılması barədə müqavilə imzalayıb. Birgə müəssisə, əsasən, Azərbaycanda dənizdə yerləşən müxtəlif obyektlərdə mühəndis-layihələndirmə, təchizat və tikintinin idarə olunması müqavilələrinin yerinə yetirilməsinə xidmət edəcək”, - deyə “Nobel Oil” şirkətinin məlumatında bildirilir.
““Wood” şirkəti Azərbaycandakı fəaliyyətinin genişləndirilməsinə, müştərilərin ehtiyaclarını dəstəkləyən xidmətlərin göstərilməsinə və yerli təchizat zəncirində ön sırada olmaq üçün əməkdaşlıq qurmağa, yeni imkanların tapılmasına sadiqdir”, – deyə “Wood” şirkətinin Avropa, Avstraliya, Amerika və Afrika üzrə baş icraçı direktoruDeyv Styuartqeyd edib.
“Nobel Oil” şirkətinin baş icraçı direktoruVüqar Səmədlibildirib ki, birgə müəssisənin yaradılması Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafına xidmət edəcək əhəmiyyətli hadisədir. Yeni birgə müəssisə müştərilərə yüksək səviyyəli xidmətlər göstərmək üçün hər iki şirkətin təcrübə və bacarıqlarını birləşdirəcək.
Qeyd edək ki, “Wood” şirkəti enerji və sənaye sahələrində layihələndirmə, mühəndislik və texniki xidmətlərin göstərilməsi üzrə dünya lideridir. “Wood” gəliri 10 milyard ABŞ dollarından çox olan, təqribən, 60 000 işçinin çalışdığı və 60-dan çox ölkədə fəaliyyət göstərən şirkətdir. 2016-cı ildə “Wood” şirkəti Azərbaycanda 200 yeni iş yeri yaradaraq BP şirkətinin dənizdəki səkkiz platformasına mühəndis-layihələndirmə xidmətləri göstərmək üçün ümumi dəyəri 500 milyon dollar olan 5 illik müqavilə imzalayıb.
“Nobel Oil Services” neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət