Azərbaycanın baş naziri Novruz Məmmədov noyabrın 2-də Astanada keçiriləcək MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.
«Noyabrın 2-də Qazaxıstanın paytaxtı Astanaya səfərim nəzərdə tutulub. Mən ilk dəfə baş nazir kimi MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasında iştirak edəcəyəm», - deyə o, «Egemen Qazaqstan» qəzetinə müsahibəsində bildirib.
Baş nazir vurğulayıb ki, Azərbaycan MDB ölkələri ilə əməkdaşlığa böyük önəm verir. «Hökumət Başçıları Şurasının növbəti iclası Azərbaycan üçün üzv ölkələr arasında bir sıra məsələlərin, xüsusilə iqtisadi, maliyyə və humanitar məsələlərin müzakirəsi baxımından böyük önəm kəsb edir», - deyə N.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Bakı MDB çərçivəsində mədəniyyət, elm, idman və digər sahələrdə çoxtərəfli əməkdaşlığa da xüsusi diqqət ayırır.
«Bundan başqa, MDB regional və beynəlxalq məsələlərin müzakirə olunması üçün rahat platformadır, müxtəlif cinayətkarlıq və müasir təhdidlərə qarşı tədbirlərin həyata keçirilməsinə töhfə verir», - deyə N.Məmmədov əlavə edib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət