Azərbaycanda bərk məişət tullantılarının emalı üzrə yeni müəssisələrin yaradılması planlaşdırılır.
Prezident İlham Əliyevin noyabrın 1-də təsdiq etdiyi “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”da qeyd olunur ki, bərk məişət tullantılarının idarə edilməsində əsas priorotetlərdən biri qabaqcıl təcrübənin və mütərəqqi texnologiyaların tətbiqi hesabına bütövlükdə bu sahədə idarəetmə keyfiyyətinin artırılması və səmərəliliyin təmin edilməsidir.
Strategiya, həmçinin sahənin maddi-texniki bazasının gücləndirilməsini, yeni infrastruktur obyektlərinin inşasını, müasir texnika və avadanlıqla təchizatın təmin edilməsini, bərk məişət tullantılarının idarə edilməsində beynəlxalq standartlara (tullantıların azaldılması, onların təkrar istifadə və emal üçün çeşidlənməsi, ehtiyatların bərpa edilməsi) əsaslanaraq fəaliyyətin təmin olunmasını, bərk məişət tullantılarının idarə edilməsinə dövlət büdcəsindən ayrılan subsidiyaların tədricən azaldılmasını, yeni tarif sisteminin və yığım mexanizmlərinin tətbiq edilməsini nəzərdə tutur.
Strategiyada müasir üsullar tətbiq edilməklə, bərk məişət tullantılarından enerji alınması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanır.
Sənədə əsasən Milli Strategiyada öz əksini tapmış tədbirlərin icrası dövlət büdcəsinin xərclərində müvafiq dövlət qurumlarının bərk məişət tullantılarını idarə etməsi üçün nəzərdə tutulmuş vəsait, mikrokreditlər, beynəlxalq donorların və maliyyə qurumlarının qrantları, yerli və xarici investisiyalar, qanunvericiliklə qadağan olunmayan digər maliyyə mənbələri hesabına maliyyələşdiriləcək.
Milli Strategiyanın həyata keçirilməsindən gözlənilən əsas nəticələr bunlardır: bərk məişət tullantılarının yığılması, daşınması, təkrar emalı və zərərsizləşdirilməsi proseslərinin təkmilləşdirilməsi; ölkənin bütün şəhər və kəndlərinin ərazilərində bərk tullantıların yığılmasını, təkrar emalını və zərərsizləşdirilməsini təkmilləşdirəcək investisiyaların və inkişaf sxemlərinin qurulmasında mövcud ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi; respublikanın bütün ərazisini əhatə edəcək bərk məişət tullantılarının regional sanitariya poliqonlarının və ötürücü məntəqələrin yaradılması, bu xidmətin bütün yaşayış məntəqələrinə doğru genişləndirilməsi; ətraf mühitə mənfi təsirlərin azaldılması və təbii sərvətlərdən davamlı istifadə edilməsi; əhalinin məşğulluq səviyyəsinin artırılması, kommunal xidmətlər sahəsində yeni iş yerlərinin açılması.
Xəbər verildiyi kimi, noyabrın 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”nıntəsdiq edilməsi haqqındasərəncam imzalayıb.
Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan İqtisadiyyat Nazirliyi müəyyən edilib.
İqtisadiyyat Nazirliyinə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq dövlət başçısına məlumat vermək tapşırılıb.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət