2018-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına sərmayələr 363,7 mln. türk lirəsi ($67,4 mln.) təşkil edib. Bu barədə holdinqin məlumatında deyilir.
“SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi - İF-Az) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir (51%).
“2018-ci ilin yanvar-sentyabr aylarında “Petkim”in ümumi məhsullarının istehsal həcmi 2 mln. 374,981 min ton təşkil edib (azalma 7,2%). Hesabat dövrü ərzində holdinq 1 mln. 454,838 min ton neft-kimya məhsulları satıb (azalma 5%). Hesabat dövründə şirkətin xalis satış həcmi 7 mlrd. 282,601 mln. türk lirəsi təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 34,8% çoxdur”, - məlunatda qeyd olunur.
Yanvar-sentyabr aylarında “Petkim”in istehsal qüclərinin istifadə əmsalı 2017-ci ilin analoji dövründə 96,3%-ə qarşı 88,9% təşkil edir.
“Qlobal iqtisadi dəyişikliklər dövründə 2018-ci ilin 9 ayı ərzində “Petkim, həmçinin yerli bazarda satış həcmlərinin və gəlirliliyin artımı hesabına yüksək nəticələr əldə edib”, - məlumatda holdinqin baş direktoru Anar Məmmədovun sözlərindən sitat gətirilir.
O qeyd edib ki, “STAR” NEZ-in istifadəyə verilməsi və holdinqin fəaliyyətinin rəqəmsallaşması layihəsinin reallaşdırılması şirkətin səmərəliliyini daha da artıracaq.
“İstehsalat, xidmət və əməyin mühafizəsi üzrə bölmələrimizdə qabaqcıl texnologiyalar və virtual reallıq texnologiyalarından istifadə etməyə başladıq. Digitallaşma və optimallaşdırma layihələrimiz də xalis mənfəətə müsbət təsir edirlər. 2019-cu il bütün bu layihələrin və yatırılan sərmayələrin nəticə verəcəyi il olacaq”, - A.Məmmədov qeyd edib.
2017-ci ildə “Petkim”ə sərmayələr $90 mln. təşkil edib.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət