“Kapital Bank” biznes proseslərin rəqəmsallaşmasına keçidlə bağlı ciddi işlər görür. Bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevməlumat verib.
Onun sözlərinə görə, belə layihələrdən ən mühümü tam rəqəmsal filialın açılışıdır.
“Yaxın zamanlarda ilk filialımızı pilot layihə olaraq müştərilərə təqdim edəcəyik. Bunun nəticəsində 20-dən artıq əsas biznes proses optimallaşıb. Rəqəmsal filialda müştərilərə avtomatlaşdırılmış terminallar xidmət göstərəcək”, - R.Allahverdiyevbankın mətbuat xidmətinə müsahibəsində bildirib.
O qeyd edib ki, kredit və ya BirKart almaq istəyən müştəri həmin filiala müraciət edib, adlı kartı və ya krediti dərhal əldə edə biləcək.
“Bundan başqa rəqəmsal filialda müştərilər, ödəniş kartının sifarişi, pul köçürməsi əməliyyatı, əmanət hesabının və ya cari hesabın artırılıb və azaldıla bilməsi, səfirliyə məktubların təqdim edilməsi kimi xidmətlərdən daha tez və sərbəst şəkildə faydalana biləcəklər”, - R.Allahverdiyevəlavə edib.
"Kapital Bank" Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,87%) və fiziki şəxslərdir (0,13%).
2018-ci ilin yanvar-sentyabr aylarının yekunları üzrə bankın aktivləri 3,5 mlrd. manat, xalis mənfəəti - 71 mln. manat, adi və imtiyazlı səhmlər - 205,8 mln. manat, məcmu kapitalı - 295 mln. manat təşkil edib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət