Azərbaycan hökuməti 2018-2022-ci illərdə ölkədə şərab istehsalında artım gözləyir.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi hökumətin proqnozlarına əsasən, 2018-ci ilin yekunları üzrə şərab istehsalı 1 mln. 259,4 min dekalitr təşkil edəcək (2017-ci illə müqayisədə artım 24,8%).
2019-cu ilə şərab istehsalı 1 mln. 334,9 min dekalitr, 2020-ci ilə - 1 mln. 388,3 min dekalitr, 2021-ci ilə - 1 mln. 473 min dekalitr, 2022-ci ildə - 1 mln. 556 min dekalitr həcmində proqnozlaşdırılır.
Beləliklə, proqnozlara görə, 2023-cü ilə qədər Azərbaycanda şərab istehsalı 2018-ci illə müqayisədə 23,6% artacaq.
Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ilin mart ayında “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramı ölkədə şərabçılığın inkişafına, bu sahənin gəlirliliyinin və ixrac potensialının artırılmasına yönəlib. Dövlət Proqramının icrasından gözlənilən nəticələrdən biri şərab ixracını 2026-cı ilədək 5 dəfə artırmaqdır.
2017-ci ildə Azərbaycanda 1 mln. dekalitr şərabçılıq məhsulu istehsal olunub. Bunun 375 min dekalitri ixraca göndərilib.
Beləliklə, 2025-ci ilin sonuna şərabçılıq məhsullarının ixracı 1,875 mln. dekalitr təşkil etməlidir. 2017-ci ildə Azərbaycanın şərab məhsyullarının 1 tonunun orta ixrac qiyməti $1,2 min təşkil edib. Ötən il şərabçılıq məhsulları əsasən Rusiyaya (338 min dekalitr), 27 min dekalitr isə Çinə ixrac edilib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət