“Qala Sığorta” şirkəti satış nöqtələrinin sayını artırmağı planlaşdırır. Bunu şirkətin İdarə Heyəti sədrinin müavini Taleh Yunsurov deyib.
"Bizim inkişaf proqramımızda bütün ölkə ərazisində nümayəndəliklərin açılması nəzərdə tutulub. İlk növbədə, qanunvericiliyin tələblərinə uyğun olaraq biz bütün iqtisadi regionlarımızın rayon mərkəzlərində ofislərimizi açmağa qərar vermişik. 2018-ci ildə biz Lənkəran, Gəncə, Tovuz və Sumqayıtda ofislər açdıq. Növbəti nümayəndəliyimiz İmişlidə açılacaq", - deyə T.Yunsurov bu gün jurnalistlərə bildirib.
O əlavə edib ki, 2019-cu ildə “Qala Sığorta” Azərbaycanın digər şəhərlərində də ofislər açmağı planlaşdırır. "Ölkə əhalisi üçün sığorta xidmətlərinin əlçatanlığını təmin etmək bizim prioritetimizdir", - deyə müavin vurğulayıb.
T.Yunsurov qeyd edib ki, “Qala Sığorta” filial şəbəkəsini genişləndirməklə yanaşı, sığorta məhsullarının siyahısını da genişləndirməyi planlaşdırır. "Həyat sığortası sahəsində xidmət göstərən “Qala-life”ın mövcudluğu sayəsində biz xidmətlərimizlə kombinasiya edilmiş sığorta məhsulları yaratmaq imkanına malikik. Bu, fəaliyyətimizin istiqamətlərindən biridir. Təkcə bizim şirkətimizə gəlincə, bizdə 23 adda sığorta məhsulları var və strateji planlarımıza əsasən, ən yaxın illərdə onların sayını 30-a çatdırmaq niyyətindəyik", - deyə o bildirib.
Xəbər verildiyi kimi, 2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin $6,5 mln.-a alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 mln. 50 manatdır.
2018-ci ilin 9 ayı ərzində “Qala Sığorta” şirkətinin sığorta haqları 11 mln. 651,6 min manat, ödənişləri 1 mln. 389,5 min manat məbləğində olub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət