Bir çox Korporativ Sosial Məsuliyyət layihələrinə imza atan Norm şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin birgə layihəsi olan “Məktəblinin dostu” futbol çempionatının iştirakçılarını müxtəlif hədiyyələrlə sevindirdi.
Oktyabr ayında başlayan, 32 ümumi təhsil müəssisəsinin 7 və 8-ci sinif şagirdləri arasında keçirilən futbol çempionatının Bayraq gününə həsr edilən final oyunu 5 noyabr tarixində Bakı Tennis Akademiyasında baş tutdu. Layihənin final görüşündə 276 nömrəli tam orta məktəbi ilə 9 nömrəli tam orta məktəbin komandaları mübarizə apardı. Çempionatın sonunda 276 nömrəli tam orta məktəbin komandası “Məktəblinin dostu kuboku”nun qalibi olub. 9 nömrəli tam orta məktəbin komandası II, 12 nömrəli məktəbin komandası III yeri tutdu. Hər üç komandanın üzvləri Norm Sement-in təqdim etdiyi hədiyyələrlə mükafatlandırıldı.
Tədbirdə millət vəkilləri, Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəblərin müdir-müəllim heyəti, şagirləri və Norm Sement şirkətinin təmsilçiləri iştirak etdi. “Məktəblinin dostgu” pilot layihəsinin həyata keçirilmə məqsədiməktəblilərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və futbol idman növünə marağın artırılması idi.
Norm Sement ətraf mühitin mühazifəsinə, cəmiyyətdə peşəkar iş mühitinin yaradılmasına, mütəmadi şəkildə gənclərin maarifləndirici təlimlərə cəlb olunmasına, onların öz peşələrində təkmilləşdirilmələrinə, sağlam həyat tərzinə maraqlarının artırılmasına və cəmiyyət üçün digər faydalı layihələrin ərsəyə gəlməsinə yaxından dəstək verir və bu istiqamətdə gələcəkdə fəaliyyətini daha da artırmağı hədəfləyir.
İstehsal günü ildə 2 mln ton sement, gündə 5 min ton klinker olan Norm Sement zavodunda hal-hazırda 4 adda sement məhsulu istehsal edilir: KLASS A (CEM II/A-P 32,5R), KLASS B (CEM II/B-L 32.5R), KLASS C500 (CEM II/A-P 42,5R) və KLASS S (CEM II/A-P 42.5N)
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət