Bakı və Minsk arasında ikitərəfli münasibətlər sarsılmazdır. Bunu prezident İlham Əliyev deyib.
«Bizim münasibətlərimiz sarsılmazdır, möhkəm bünövrəyə malikdir, dostluq, qarşılıqlı hörmət, dəstək münasibətlərinə əsaslanır və gələcəyə yönəlib. Əminəm ki, mənim dost ölkəyə qarşıdakı səfərim münasibətlərimizi daha da möhkəmləndirəcək. Səfərin gündəliyi olduqca genişdir, xeyli sənəd imzalanacaq. Əminəm ki, həmin sənədlər bundan əvvəl reallaşdırılan digər razılaşmalar kimi gerçəkləşəcək», - deyə dövlət başçısı bu gün Bakıda Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşdə bildirib.
O qeyd edib ki, Azərbaycan-Belarus münasibətləri siyasi müstəvidə fəal qarşılıqlı fəaliyyətdən başlayaraq regional və beynəlxalq səviyyələrdə əməkdaşlığa qədər bir çox sahələri əhatə edir.
«İqtisadi sahədə yaxşı göstəricilər görürük. Əmtəə dövriyyəsinin artımı buna yaxşı nümunədir. Həmçinin artıq Belarusun Azərbaycanda, Azərbaycanın isə Belarusda ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Fikrimcə, sənaye kooperasiyası müstəsna səmərəlilik nümayiş etdirir. Aleksandr Qriqoryeviçlə nəzərdə tutduğumuz layihələr gerçəkləşdirilib. Bu gün bu, Azərbaycanın sənaye potensialını möhkəmləndirir. Bu, həmçinin təhsil, elm, mədəniyyət sahələrində də müşahidə edilir. Yəni, ölkələrimizi tammiqyaslı münasibətlər bağlayır”, - deyə prezident əlavə edib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycanda onun Minskə qarşıdakı səfərinə böyük əhəmiyyət verilir.
“Biz görürük və bilirik ki, Belarusda da Azərbaycan prezidentinin qarşıdakı rəsmi səfərinə böyük əhəmiyyət verilir. Lap bu yaxınlarda Belarus prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko, həmçinin öz fikirlərini bildirmək və qarşıdakı səfərlə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanın Belarus Respublikasındakı səfirini dəvət etmişdi. Bu gün biz sizinlə görüşürük. Siz də təcrübəli diplomat kimi yaxşı bilirsiniz ki, bu cür təcrübəyə ölkələrarası münasibətlərdə nadir rast gəlinir. Bu, bizim münasibətlərimizin, hörmətin və qarşılıqlı etimadın yüksək səviyyəsinin göstəricisidir”, - deyə o qeyd edib.
Səfir Gennadi Axramoviç bildirib ki, Minsk İ.Əliyevin Belarusa səfərinə çox ciddi hazırlaşır.
“Biz sizin Belarusa səfərinizə çox ciddi hazırlaşırıq. Hazırlıq çox diqqətlə aparılır, hökumətin nəzarətindədir. Mən düşünürəm ki, artıq imzalanmağa hazır olan razılaşmalar və layihələr əməkdaşlığımıza daha yeni dinamika verəcək. Belarus və Azərbaycan qarşılıqlı əməkdaşlıq üçün açıqdırlar. Mən məmnuniyyətlə qeyd edə bilərəm ki, həm siz, cənab prezident, həm də Belarus prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko həmişə həm ikitərəfli, həm də çoxtərəfli formatdakı əməkdaşlığımızın konstruktiv təmələ əsaslanmasını və bir-birinə və hər hansı digər ölkələrə, bloklara qarşı yönəlməməsini əldə rəhbər tutursunuz. Həm siz, həm də Belarus prezidenti siyasətinizdə həmişə çalışırsınız ki, digər ölkələrlə münasibətlərin inkişafında beynəlxalq hüququn əsas norma və prinsiplərinə ciddi riayət olunsun, bütün münaqişələr konstruktiv ruhda, tədricən və sülh yolu ilə həll olunsun. Mən qeyd etməyə şadam ki, bu planda müəyyən irəliləyiş var”, - deyə o vurğulayıb.
G.Axramoviç deyib ki, Belarus həmişə, o cümlədən beynəlxalq formatlarda da azərbaycanlı dostlarının dəstəyinə bel bağlaya bilər.
“Eynilə, biz də həmişə müxtəlif beynəlxalq meydanlarda - BMT, ATƏT, Avropa Şurası xətti ilə Azərbaycanı dəstəkləyirik. Biz bunu həmişə hiss edirik”, - deyə səfir əlavə edib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət